Adnan Əhmədzadənin Həbsdə Saxlanılma Müddəti Uzadılıb » DaylyAz
Kriminal

Adnan Əhmədzadənin həbsdə saxlanılma müddəti uzadılıb

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunan tanınmış iş adamı Adnan Əhmədzadənin həbsdə saxlanılma müddəti uzadılıb.

“Qafqazinfo”nun məlumatına görə, Səbail Rayon Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) vəsatəti əsasında yeni qərar qəbul edib.

Məhkəmə iri həcmli iş üzrə istintaq hərəkətlərinin hərtərəfli və maneəsiz aparılmasını təmin etmək məqsədilə Adnan Əhmədzadənin həbs müddətinin uzadılmasına qərar verib.

Qeyd edək ki, dünyaca məşhur iş adamı 4 ay əvvəl DTX tərəfindən tutulub. Hazırda cinayət işi üzrə ibtidai istintaq hərəkətləri aparılır.

Mənbə: https://qafqazinfo.az/news/detail/adnan-ehmedzade-haqda-yeni-qerar-495112

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button