AFFA Bəyanat Yaydır » DaylyAz
Idman Xəbərləri 206

AFFA bəyanat yaydır

AFFA Azərbaycan çempionatlarında hakim narazılıqları ilə bağlı bəyanat yayıb.

“Qafqazinfo” xəbər verir ki, bəyanatda “Neftçi”nin ötən gün etdiyi narazılığa da cavab verilib.

Bildirilib ki, son dövrlərdə AFFA Hakimlər Komitəsi və Hakimlər Departamentində aparılmış islahatlar məhz prinsiplərin daha da möhkəmləndirilməsinə yönəlib:
“Hakimlərin təyinatı, qiymətləndirilməsi və VAR prosedurları beynəlxalq təlimatlara uyğun icra olunur və proseslərin institusional əsaslarla təkmilləşdirilməsi davam etdirilir”

Eyni zamanda bildiririk ki, özəlliklə: “Hər klub mövsüm ərzində mübahisəli oyun epizodları ilə bağlı VAR yazılarına baxış üçün 3 dəfə rəsmi müraciət etmək hüququna malikdir. Bu mexanizm şəffaflığın artırılması və sualların institusional qaydada cavablandırılması məqsədi daşıyır.”

Bununla yanaşı, “Neftçi” PFK tərəfindən son günlər ictimaiyyətə Misli Premyer Liqasının 2025/2026-cı illər mövsümündə hakim qərarları ilə bağlı etiraz xarakterli açıqlamalar yayılır. Yaranmış vəziyyətdə spekulyasiya xarakterli məlumatların yayılması, ictimai rəylə manipulyasiya edilməsi və oyun epizodlarının qiymətləndirilməsində şəxsi maraqlardan irəli gələrək qaydaların təhrif olunması hallarının qarşısını almaq məqsədilə: bildiririk ki, AFFA Hakimlər Komitəsi klubun təqdim etdiyi bütün mübahisəli epizodları peşəkar, obyektiv və hüquqi çərçivədə müzakirə etməyə hazırdır.”

Bu məqsədlə “Neftçi” PFK-nın rəsmi nümayəndələrini AFFA-ya dəvət edir, təqdim olunan epizodların detallı şəkildə təhlil olunmasını və mövcud sualların cavablandırılmasını təklif edirik.

AFFA olaraq, bütün klubları birtərəfli açıqlamalardan çəkinməyə, emosional ritorika əvəzinə institusional dialoqa üstünlük verməyə və Azərbaycan futbolunda sağlam mühitin qorunması naminə qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə sadiq qalmağa çağırırıq.

Mənbə: https://qafqazinfo.az/news/detail/affa-beyanat-yaydi-neftcini-muzakireye-devet-etdi-500747

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button