Idman Xəbərləri 206
AFFA “Qarabağ”a 8700 manatlıq cərimə

AFFA “Qarabağ” futbol klubu 8700 manat cərimələyib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Həmçinin həmin gün baş tutan “Qarabağ” – “Sabah” qarşılaşmasında Ağdam klubunun 5 oyunçusu xəbərdarlıq aldığına görə komanda 700 manat məbləğində cərimələnib.
Bu əlavə olaraq, klubun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirdiyi və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığı üçün klub 8000 manat daha cərimə edilib.
Mənbə: https://qafqazinfo.az/news/detail/affa-dan-qarabagi-8700-manatliq-cerime-501329








