“Albasete” Kral Kubokunda mübarizəni dayandırdı

İspaniya Kubolunun 1/8 final mərhələsi çərçivəsində “Albasete” – “Real Madrid” qarşılaşması “Karlos Belmonte” stadionunda baş tutub.
İcraçı redaktor “Qafqazinfo” xəbər verir ki, görüş ev sahiblərinin qələbəsi ilə yekunlaşıb – 3:2.
42-ci dəqiqədə Vilyarın qolu ilə hesabda önə çıxan “Albasete” 45+3-cü dəqiqədə Mastantuonun qoluna əngəl ola bilməyib. Betankor 82-ci dəqiqədə təkrar ev sahibləri hesabda irəli çıxarıb.
Qarsiya 90+1-ci dəqiqədə “Real Madrid”in bərabərlik qolunu vursa da, 90+4-cü dəqiqədə Betankor dubla imza atıb və “Kral klubu”nu turnirdən kənarlaşdırıb.
Bununla da Alvaro Arbeloa “Real Madrid”in baş məşqçisi kimi ilk rəsmi oyununda məğlub olub.
Mənbə: https://qafqazinfo.az/news/detail/real-madrid-kral-kubokunda-mubarizeni-dayandirdi-495455







