Şou Biznes Xəbərləri
Ali Məhkəmənin qərarı ilə cinayət işi müzakirə olunacaq

Hazırda Rusiyada olan Müğənni Afət Fərmanqızının (Həsənov) barəsində cinayət işi üzrə icraat müvəqqəti dayandırılıb. Ali Məhkəmə müğənninin şikayətini təmin etmədi və Bakı Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Qeyd edək ki, Afət Fərmanqız barəsində xüsusi ittiham qaydasında məhkəməyə şikayəti onun həmkarı Vəfa Şərifova verib. Lakin Afət Həsənova Azərbaycanda olmadığı və məhkəmələrdə dəfələrlə iştirak etmədiyi üçün cinayət işi üzrə icraat müvəqqəti dayandırılıb və onun barəsində həbssiz axtarış elan edilib. Afət Fərmanqızının Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunur.
Mənbə: https://news.milli.az/showbiz/1319418.html







