Idman Xəbərləri 206
Alman klubu tərəfindən 2025 ilə aid ən yaxşı 10 qolun açıqlanması

Almaniyanın “Nürnberger” klubu 2025-ci ilin ən yaxşı 10 qolunu açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, siyahıda komandanın sabiq üzvü, Azərbaycan millisinin hücumçusu Mahir Emreli də yer alıb.
Onun məhz hazırda şərəfini qoruduğu “Kayzerslautern”in qapısına vurduğu qol 3-cü pilləyə layiq görülüb.
Xatırladaq ki, Mahir ötən mövsüm “Nürnberger”in formasını geyinib. O, 2025-ci ilin yayında “Kayzerslautern”ə keçib.








