Anası Araya Girərək Qətlə Yetirməyə Cəhd Edən, Ancaq Həyat Yoldaşını öldürən Adama Təqsirlər. » DaylyAz
Kriminal

Anası araya girərək qətlə yetirməyə cəhd edən, ancaq həyat yoldaşını öldürən adama təqsirlər.

Xəbər verdiyimiz kimi, Goranboyda 2 qadın bıçaqlanıb.

“Qafqazinfo” xəbər verir ki, rayonun Faxralı kəndində 1987-ci il təvəllüdlü Vəliyev Emin Xaləddin oğlu anası, 1963-cü il təvəllüdlü Zoya Əhmədova və həyat yoldaşı, 1995-ci il təvəllüdlü Jalə Yolçuzadəni bıçaqlamaqda təqsirli bilinir.

Hadisə zamanı 10-dan çox bıçaq xəsarəti alan Z.Əhmədova həyatını itirib.

Məlumata görə, E.Vəliyev həyat yoldaşını bıçaqlamaq istəyərkən anası onun qarşısına keçib.

Qətlə yetirilən Z.Əhmədovanın əmisi oğlu Nəsrulla Əhmədov deyib ki, Eminin anası ilə münaqişəsi olmayıb.

Qeyd edək ki, Jalə Yolçuzadə ağır halda xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, cinayəti törətməkdə şübhəli bilinən şəxsin psixoloji problemləri olduğu bildirilir. Emin Vəliyev Vətən müharibəsi qazisi, III qrup əlil olub və müəyyən müddətdən bir müalicə alırmış.

Daha ətraflı APA TV-nin videomaterialında:

Mənbə: https://qafqazinfo.az/news/detail/arvadini-oldurmek-isteyirmis-anasi-araya-girib-video-497365

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button