Antonio Koştanın Azərbaycana Səfəri Başa çatdı » DaylyAz
Politika

Antonio Koştanın Azərbaycana səfəri başa çatdı

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycan Respublikasına rəsmi səfəri martın 12-də başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Respublikasının və Avropa İttifaqının bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanı Baş nazirin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər yola salıblar.

Mənbə: https://qafqazinfo.az/news/detail/antonio-kostanin-azerbaycana-seferi-basa-catdi-501906

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button