Aparıcının Sualından Sonra ürəyində Problem Yarandı » DaylyAz
Şou Biznes Xəbərləri

Aparıcının sualından sonra ürəyində problem yarandı

Müğənni Sevda Kazımovanın səhhətində problem yaranıb.

"Verilişlərin birində əsəbiləşdim, yəqin ki, bilmədən oldu. Amma gözləməzdim ki, məni belə əsəbiləşdirə bilərlər. Birdən oğlum və gəlinim haqqında sual verməyə başladılar. Əsəbiləşdim ki, məndən danışın. Bu, birbaşa ürəyimə təsir etdi. Açıq ürək əməliyyatı olunacaqdım, damarlarım tutulmuşdu. Amma sonra stent qoydular. İndi dərman yazıblar. Ömrümün sonuna qədər onu qəbul etməliyəm.

Çox xahiş edirəm aparıcılardan, mənim üçün hər şey ləyaqətdir. Bunu heç kim tapdaya bilməz. Bu yaşa kimi buna icazə verməmişəm. Müğənnilər də yerdən çıxmayıb, hamının ata-anası var. Elə suallar verirlər ki… Demişəm ki, etməyin. Xəbərdarlıq etmişəmsə, deməli, olmaz". (Axşam.az)

Mənbə: https://news.milli.az/showbiz/1318764.html

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button