Arda Gülerin Son Paylaşımı Geniş Qarşılandı - Foto » DaylyAz
Idman Xəbərləri 206

Arda Gülerin son paylaşımı geniş qarşılandı – Foto

İspaniyanın “Real Madrid” və Türkiyə millisinin ulduz futbolçusu Arda Gülerin sosial mediadakı son paylaşımı maraqla qarşılanıb.

“Qafqazinfo” xəbər verir ki, Ardanın gənc istedadın bu paylaşımına “Mançester Siti”nin ulduz hücumçusu Erlinq Haaland da şərh yazaraq reaksiya verib.

Qeyd edək ki, sözügedən foto ötən ilin 11 dekabrında UEFA Çempionlar Liqası çərçivəsində baş tutan “Real Madrid” – “Mançester Siti” (1:2) matçında lentə alınıb. Görüntülərdə standart vəziyyət zamanı Arda Gülerin cərimə meydançasında özündən uzun olan Haalandın qarşısını almağa çalışdığı anlar əks olunub. Bu kadr qısa müddətdə sosial şəbəkələrdə viral olmuşdu.

Xatırladaq ki, “Fənərbaxça”dan transfer olunan Arda Güler Karlo Ançelottinin gedişindən sonra komandanın sükanı arxasına keçən Xabi Alonsonun oyun sistemində əsas fiqurlardan birinə çevrilib.

Mənbə: https://qafqazinfo.az/news/detail/ardanin-bu-paylasimi-gundem-oldu-foto-494056

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button