Idman Xəbərləri 206
Atasının inamını dubl və fantastik qolla doğrultdu – Video

Ötən gün Niderland çempionatının 19-cu turunun oyunları keçirilib.
“Qafqazinfo” xəbər verir ki, əfsanəvi futbolçu Robin van Persinin baş məşqçisi olduğu “Feyenoord” “Sparta” ilə üz-üzə gəlib.
Qonaqlar qarşılaşmada 3:1 hesabı ilə öndə olduğu vaxtda Van Persi oğlu Şakil van Persini meydana buraxıb.
Əfsanəvi futbolçunun oğlu 87 və 88-ci dəqiqələrdə iki qol vuraraq hesabda tarazlıq yaradıb. O, qollardan birini akrobatik zərbə ilə vurub.
Lakin “Sparta” 90+3-də fərqlənərək oyundan qalibiyyətlə ayrıla bilib.
Mənbə: https://qafqazinfo.az/news/detail/atasinin-inamini-dubl-ve-fantastik-qolla-dogrultdu-video-495875








