Avtoxuliqanlıq Edən Və “TikTok”da Paylaşıb Gedən Videosunu Paylaşan Sürücü Həbs Edilib » DaylyAz
Kriminal

Avtoxuliqanlıq edən və “TikTok”da paylaşıb gedən videosunu paylaşan sürücü həbs edilib

Bakı Şəhər DYP İdarəsi tərəfindən avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkaranə şəkildə pozan və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan “Tofaş” markalı 77-SG-661 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Fariz İsmayılov saxlanılıb.

F.İsmayılov idarə etdiyi avtomobillə intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub və etdiyi avtoxuliqanlıq hərəkətlərini “TikTok” sosial şəbəkəsində paylaşıb. Sürücü barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə F.İsmayılovun sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla o, 30 sutka inzibati qaydada həbs edilib.

Mənbə: https://qafqazinfo.az/news/detail/avtoxuliqanliq-edib-tiktokda-paylasdi-video-501144

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button