Axtarışda Olan şəxs Monteneqroda Saxlanıldı » DaylyAz
Kriminal

Axtarışda olan şəxs Monteneqroda saxlanıldı

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşının Monteneqro ərazisində yeri müəyyən olunub.

“Qafqazinfo” xəbər verir ki, Cinayət Məcəlləsinin mənimsəmə və ya israf etmə maddəsi ilə başlanmış cinayət işi üzrə Salyan RPŞ tərəfindən axtarışda olan Ramil Yaqub oğlu Mənsimov İnterpol kanalları vasitəsilə saxlanılıb.

Daxili İşlər Nazirliyinin İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən təqsirləndirilən şəxsin aidiyyəti qurumlarla birgə ölkəmizə gətirilməsi üçün tədbirlər görülür.

Məlumatı DİN-in Mətbuat xidmətinin regional qrupundan təsdiqləyiblər.

Mənbə: https://qafqazinfo.az/news/detail/axtarisda-olan-sexs-monteneqroda-saxlanildi-494085

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button