Ayxan Abbasov Renat Dadaşovla Görüşdü - Foto » DaylyAz
Idman Xəbərləri 206

Ayxan Abbasov Renat Dadaşovla görüşdü – Foto

Millimizin baş məşqçisi Ayxan Abbasov və komandanın direktoru İlqar Qurbanov Antalyada təlim-məşq toplanışında olan Polşanın “Motor” klubunun futbolçusu Renat Dadaşovla görüşüblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə milli komandanın rəsmi səhifəsi paylaşım edib. 

Bildirilib ki, Ayxan Abbasov və İlqar Qurbanov görüş zamanı futbolçumuzun hazırkı durumu ilə maraqlanıb.

Qeyd edək ki, Ayxan Abbasovla Renat Dadaşov arasında DÇ-2026-nın oyunları zamanı problem yaşanmışdı.

Xatırladaq ki, yaxın günlərdə Renatın “Motor” klubundan göndəriləcəyi gözlənilir.

Mənbə: https://qafqazinfo.az/news/detail/ayxan-abbasov-renat-dadasovla-gorusdu-foto-495265

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button