Azərbaycanı Avroviziya-2026-da təmsil edən ifacı

Azərbaycanı Avroviziya 2026 mahnı müsabiqəsində təmsil edəcək ifaçının adı açıqlanıb.
Müğənni müxtəlif musiqi layihələrində iştirak edib. O, Xalq artisti Rəşad Haşımovun rəhbərlik etdiyi məşhur RAST ansamblı ilə çıxış edib və “Montreux Jazz” festivalında səhnəyə çıxıb. Daha sonra Hazz Band qrupunun solisti kimi fəaliyyət göstərərək caz elementlərini müasir estrada ilə birləşdirib.
2017-ci ildən etibarən JİVA karyerasını solo olaraq davam etdirir. O, pop, dans və R&B janrlarında azərbaycan, rus və ingilis dillərində mahnılar ifa edir.
Qeyd edək ki, ötən il müsabiqədə 436 balla Avstriya təmsilçisi “JJ” ləqəbi ilə tanındığı bildirilib. "Avroviziya" müsabiqəsi 2026-cı il mayın 12, 14 və 16-da planlaşdırılıb. Musiqili tədbirin ev sahibi Vyana olacaq.
Mənbə: https://news.milli.az/showbiz/1319435.html







