Azərbaycan U-20 Komandasının Baş Məşqçisi Müəyyənləşib » DaylyAz
Idman Xəbərləri 206

Azərbaycan U-20 komandasının baş məşqçisi müəyyənləşib

“Qafqazinfo” təsadüfünə görə bildirir ki, AFFA Azərbaycan U-20 komandasının yeni baş məşqçisini açıqlayıb.

Portuqaliyalı mütəxəssis Rui Jorge milli komandaya rəhbərlik edəcək.

Xatırladaq ki, Azərbaycanın U-20 millisi 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçirilənç FIFA U-20 dünya çempionatında ölkəmizi təmsil edəcək.

Rui Jorge məşqçiliyə futbolçu kimi son klubu olan “Belenenseş”də başladı. Portuqaliyalı mütəxəssis 2006-2010-cu illər aralığında adıçəkilən klubun U-19 komandasına rəhbərlik edib, 2008/2009-cu illər mövsümündə qısa müddət əsas komandanın baş məşqçisi olub. 2010-cü ildə Portuqaliyanın U-21 yığmasının “sükanı arxası”na gətirilən Jorge 15 il bu komandanı çalıştırıb. Onun rəhbərliyi altında portuqaliyalılar 5 dəfə Avropa çempionatının final mərhələsində iştirak edib, bunun ikisində (2015, 2021) gümüş mükafat qazanıb. Həmin illər ərzində Rui Jorge Portuqaliyanın Olimpiya millisinə də rəhbərlik edib.

Mənbə: https://qafqazinfo.az/news/detail/dc-de-mubarize-aparacaq-millimizde-yeni-bas-mesqci-501701

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button