Azərbaycanda din xadimini öldürmək istədilər

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) baş verən cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. “Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə baş tutan məhkəmə prosesində ittiham aktı elan edilib.
Ittiham aktına görə, Nərminə Şabanova xarici ölkə vətəndaşları ilə cinayət əlaqəsinə girərək xarici dini icmanın sədrinin fotoşəkilləri və videolarını həmin şəxslərə göndərmək qarşılığında 50 mindən artıq manat pul almağa razılaşıb. Daha sonra onlar sədrin həyatına son qoymaq məqsədilə N.Şabanova vasitəsilə Naib İsmiyevi işə daxil edərək törədilməyə hazırlanan sui-qəsdin planlaşdırılması üçün birgə müəyyənləşdiriblər.
Təqsirləndirilən Nərminə Şabanova və Naib İsmiyev hədəfin sui-qəsdin təşkil olunması və daha sonra qəflətən qaçılması ilə bağlı video görüntüyə alıblar. Elvin Əhmədov da partlayıcı qurğunu təşkilatçıların qabaqcadan müəyyən etdiyi yerdən götürüb Masazır qəsəbəsinin yaşayış olmayan yerində gizlədib.
Bunun qarşılığında 500manat pul alıb. Elvin Əhmədov planlaşdırılan əməllərin törədilməsinin qarşısı DTX tərəfindən alınıb.
Növbəti məhkəmə prosesi 26 fevrala təyin olunub. Hatırladaq ki, təqsirləndirilən şəxslərlə DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. Nərminə Şabanova və Naib İsmiyev Azərbaycan Cinayət Məcəlləsinin 28-ci (cinayətə hazırlıq) və 277-ci (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə) maddələri ilə, Elvin Əhmədov isə 228.2.1-ci (qanunsuz olaraq silah gəzdirmə, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunurlar.







