Azərbaycanlı Futbolçu Turnirin ən Dəyərli Oyunçusu Seçildi - Video » DaylyAz
Idman Xəbərləri 206

Azərbaycanlı futbolçu turnirin ən dəyərli oyunçusu seçildi – Video

Türkiyədə təşkil olunan “Golazo 2” minifutbol turnirində Azərbaycan minifutbol millisinin üzvü Xətai Bağırovun möhtəşəm performansı “Fenomeno Armada”ya çempionluq gətirib.

“Qafqazinfo” xəbər verir ki, turnirdə Ataberk Doğanın rəhbərlik etdiyi “Fenomeno Armada” komandası rəqiblərini geridə qoyaraq kuboku başı üzərinə qaldırıb.

Turnirin ən parlaq siması isə məhz azərbaycanlı hücumçu Xətai Bağırov olub. O, nümayiş etdirdiyi oyunla həm turnirin “ən dəyərli oyunçusu” (MVP), həm də “qol kralı” adına layiq görülüb.

Qeyd edək ki, minifutbol üzrə Avropa çempionu olan X. Bağırovun final mərhələsindəki effektivliyi komandasının qələbəsində həlledici rol oynayıb.

Mənbə: https://qafqazinfo.az/news/detail/azerbaycanli-futbolcu-turnirin-en-deyerli-oyuncusu-secildi-video-495178

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button