Şou Biznes Xəbərləri
Azərbaycanlı müğənnilərin dəyişimi sosial şəbəkələrdə müzakirələrə səbəb oldu

Azərbaycanlı məşhur müğənnilərin illər ərzindəki dəyişimi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Bəzi istifadəçilər sənətçilərin dəyişimini təbii baxım, makiyaj və imic yenilənməsi ilə əlaqələndirsə də, digərləri onların estetik və plastik müdaxilələr nəticəsində xeyli dəyişdiyini iddia ediblər. Xüsusilə üz cizgilərindəki fərqlər, burun və dodaq formaları, eləcə də üz ovalındakı dəyişikliklər müzakirələrin əsas mövzularından olub.
Qeyd edək ki, məşhurların xarici görünüşündəki dəyişikliklər zaman-zaman sosial şəbəkələrdə maraq doğurur və geniş rezonans yaradır.
Mənbə: https://news.milli.az/showbiz/1315499.html







