Bakı-Quba Yolunda 2 Yük Maşını Toqquşub, Sürücü Yaralandı - Video » DaylyAz
Kriminal

Bakı-Quba yolunda 2 yük maşını toqquşub, sürücü yaralandı – Video

Bakı-Quba magistral avtomobil yolunun Hacı Zeynalabdin qəsəbəsi ərazisindən keçən hissəsində nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Man” markalı yük avtomobilinin “Howa” markalı yük avtomobili ilə toqquşması nəticəsində yolqəza hadisəsi baş verib və “Man” markalı yük avtomobilindəki vətəndaş müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə vətəndaş, 1977-ci il təvəllüdlü Abbasov Babək Şükür oğlu müştəri xilas edərək əsas xəstəxanaya təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Mənbə: https://qafqazinfo.az/news/detail/baki-quba-yolunda-2-yuk-masini-toqqusdu-surucu-yaralandi-video-501050

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button