Kriminal
Bakıda avtomobil qadını vurub qətlə yetirib

Bakıda ölümcül nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, keçən gün saat 07 radələrində 1994-cü il təvəllüdlü Səlim Əliyev idarə etdiyi “Mercedes Benz E400” markalı avtomobillə Böyükşor yolunda qadını vurub.
Ağır xəsarət alan 1958-ci il təvəllüdlü Afaq Fikrət qızı Rəsulova Sabunçu Tibb Mərkəzində vəfat edib.
Faktla bağlı Sabunçu RPİ-də cinayət işi başlanaraq istintaq aparılır.
Mənbə: https://qafqazinfo.az/news/detail/bakida-avtomobil-qadini-vurub-oldurdu-494675







