Bakıda Yol-nəqliyyat Qəzası: Yük Maşını Qatarla Toqquşdu, Sürücü öldü » DaylyAz
Kriminal

Bakıda yol-nəqliyyat qəzası: Yük maşını qatarla toqquşdu, sürücü öldü

Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yol-nəqliyyat qəzası baş verərək bir vətəndaş avtomobil sıxılı vəziyyətdə qalmışdır.

“Qafqazinfo” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) hadisə ilə bağlı məlumat yayıblar.

Hadisə yerinə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri aparıb.

Şəraitin qiymətləndirilməsindən sonra müəyyən olundu ki, “Ford” markalı yük maşınının hərəkətdə olan qatara çırpılması nəticəsində yol-qəza baş verib və yük maşınının sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış avtomobilində sıxılı vəziyyətdə qalmışdır.

Xilasedicilər xüsusi vasitələrlə həmin vətəndaşı xilas edərək təcili tibbi yardım briqadasına təhvil verdilər.

Hadisə ilə əlaqədar qurumlar tərəfindən təhqiqat aparılır.

Qala qəsəbəsində qatarla toqquşan yük maşının sürücüsü gecə saatlarında həlak olub.

“Qafqazinfo” xəbər verir ki, saat 03 radələrində Xəzər rayonu Qala qəsəbəsinin ərazisində qorunmayan keçiddə Biləcəri lokomotiv deposuna məxsus şərur rayon sakini 1981-ci il təvəllüdlü Rövşən Sultanovun idarə etdiyi “KamAZ” markalı yük avtomobili toqquşub.

R.Sultanov aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Sabunçu Tibb Mərkəzindən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 02:40 radələrində mərkəzə Xəzər rayonu, Stansiya Qala ərazisindən çağırış qeydə alınıb.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası 1 nəfəri (kişi) açıq kəllə-beyin diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya edib. Həkim heyəti tərəfindən sözügedən şəxsin bioloji ölüm faktı qeydə alınıb.

Mənbə: https://qafqazinfo.az/news/detail/bakida-yuk-masini-qatara-cirpildi-surucu-oldu-video-yenilenib-500338

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button