Bakının Mərkəzində Narkotik Vasitələrin Dövriyyəsinə Qarşı Keçirilən əməliyyat » DaylyAz
Kriminal

Bakının mərkəzində narkotik vasitələrin dövriyyəsinə qarşı keçirilən əməliyyat

Bakıda narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlərlə əvvəllər məhkum edilmiş 52 yaşlı Zaur Ələsgərov şübhəli şəxs kimi saxlanılıb.

Ondan 6 kiloqram marixuana, 470 qram tiryək və 355 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.

Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satış məqsədilə əldə etdiyini bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Mənbə: https://qafqazinfo.az/news/detail/bakinin-merkezinde-emeliyyat-anbaan-video-495225

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button