Basketbol Federasiyası Millimizi Təhqir Edən Məşqçidən şikayət Etdi - Video » DaylyAz
Idman Xəbərləri 206

Basketbol Federasiyası millimizi təhqir edən məşqçidən şikayət etdi – Video

Azərbaycan Basketbol Federasiyası İrlandiya millisinin baş məşqçisi Maykl Bridən Beynəlxalq Basketbol Federasiyasına (FIBA Europe) şikayət edib.

“Qafqazinfo” Prosport.az-a istinadən xəbər verir ki, şikayət fevralın 27-də Avropa çempionatının (EuroBasket-2029) ilkin seçmə mərhələsinin Dublində keçirilən İrlandiya – Azərbaycan oyununda meydan sahiblərinin baş məşqçisinin ölkəmiz əleyhinə səsləndirdiyi təhqiramiz fikirlərlə bağlıdır.

Belə ki, şikayət məktubunda 3-cü periodun bitməsinə 9 dəqiqə 16 saniyə qalmış götürülən taym-aut zamanı 45 yaşlı məşqçinin Azərbaycanı təhqir etməsi göstərilib. Federasiya televiziya ilə açıq-aydın eşidilən bu fikirlərin yolverilməz olduğunu, feyr-pley qaydalarına və idman ruhuna uyğun gəlmədiyini bildirib, bu məsələnin araşdırılması və irlandiyalı məşqçi barəsində lazımi ntizam tədbirlərinin görülməsi xahiş edilib.

Qeyd edək ki, millimiz həmin görüşdə 76:75 hesabı ilə qalib gələrək A qrupunun turnir cədvəlində 3-cü sıraya yüksəlib. Tərəflər iyulun 5-də Bakıda cavab oyununa çıxacaq.

Mənbə: https://qafqazinfo.az/news/detail/basketbol-federasiyasi-millimizi-tehqir-eden-mesqciden-sikayet-etdi-video-500887

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button