Bayramovla həmkarı regiondakı vəziyyəti müzakirə etdi

Bu gün xarici işlər naziri Ceyhun Bayramov ilə qazaxıstanlı həmkarı Yermek Koşerbayev arasında telefon danışığı aparılıb.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı regionda hərbi eskalasiya və artan gərginlik müzakirə olunub.
Nazirlər son hərbi eskalasiyadan dərin narahatlıqlarını ifadə edib, vəziyyətin daha da kəskinləşməsinin regional təhlükəsizlik və sabitliyə ciddi təhdid yaratdığını vurğulayıblar.
Tərəflər iki ölkənin bölgədə yerləşən diplomatik missiyalarındakı konsulluq bölmələri arasında əməkdaşlığın gücləndirilməsinin, vətəndaşlarımıza göstərilən dəstək istiqamətində əlaqələndirilmiş işin təşkilinin faydalı olacağını bildiriblər.
Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Mənbə: https://qafqazinfo.az/news/detail/bayramovla-hemkari-regiondaki-veziyyeti-muzakire-etdi-500726







