Idman Xəbərləri 206
Beş cavabsız qolla qalib gəldilər

İtaliya A Seriyasının 20-ci turu çərçivəsində “Yuventus” – “Kremoneze” qarşılaşması keçirilib.
“Qafqazinfo” xəbər verir ki, görüş “Qoca sinyora”nın böyükhesablı qələbəsi ilə yekunlaşıb – 5:0.
Turin təmsilçisinin qollarını Bremer, Conatan Devid və Kenan Yıldız, Filippo Terraççano (avtoqol), Ueston Makkenni vurublar.
Aktivində 39 xal olan “Yuventus” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “Kremoneze” isə 22 xalla 13-cü yerdədir.
Mənbə: https://qafqazinfo.az/news/detail/bes-cavabsiz-qolla-qalib-geldiler-495187







