"Beşiktaş" Və "Fənərbaxça" 1/4 Finala Yüksəlmişdir » DaylyAz
Idman Xəbərləri 206

“Beşiktaş” və “Fənərbaxça” 1/4 finala yüksəlmişdir

Türkiyə kubokunda C qrupunun sonuncu – 4-cü turunun oyunları keçirilib.

“Qafqazinfo” xəbər verir ki, turun bütün matçları eyni gündə oynanılıb.

“Beşiktaş” “Rizespor”u 4:1 hesabı ilə məğlub edib. “Fənərbaxça” isə “Qaziantep”ə 4 cavabsız qolla qalib gəlib.

Yekunda turnir cədvəlində “Beşiktaş” 10 xalla lider olub. “Fənərbaxça” isə 9 xalla 2-ci yer tutub. Hər iki komanda birbaşa olaraq 1/4 finala yüksəlib. “Erzurumspor” isə növbəti mərhələ uğrunda pley-off oynayacaq.

Türkiyə kuboku, qrup mərhələsi

“Erzurumspor” – “Keçiörengücü” – 4:2

Qollar: Hüsametin, 3, Silla, 49, Sever, 79, Emin, 90+3 – Yılmaz, 35-pen; Çelik 45

“Beşiktaş” – “Rizespor” – 4:1

Qollar: Murillo, 27, Uçan, 38, Hion-Qyu, 42 – Ş Yılmaz, 81 – Papanikolau, 86

“Beyoğlu” – “Kocaelispor” – 1:0

“Qaziantep” – “Fənərbaxça” – 0:4

Qollar: Musaba, 33, Şerif, 48, Dorqeles, 79, Braun, 86

Xallar: “Beşiktaş” – 10, “Fənərbaxça” – 9, “Erzurumspor” – 6, “Qaziantep” – 6, “Kocaelispor” – 4, “Rizespor” – 4, “Beyoğlu” – 4, “Keçiörengücü” – 3.

Mənbə: https://qafqazinfo.az/news/detail/besiktas-ve-fenerbaxca-14-finalda-501111

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button