Beyləqanda Asfaltlanma Işləri Davam Etdirilir - Fotolar » DaylyAz
Politika

Beyləqanda asfaltlanma işləri davam etdirilir – Fotolar

Beyləqan rayonunda yol infrastruktur layihələrinin həyata keçirilməsi və vətəndaşların gündəlik həyat şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.

“Qafqazinfo” xəbər verir ki, Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə həyata keçirilən tədbirlər çərçivəsində Beyləqan şəhəri Heydər Əliyev prospektində yerləşən 2 mərtəbəli yaşayış binasının qarşısında yol və məhlə ərazisinin asfaltlanma işləri yekunlaşıb. 

Aparılan işlər zamanı həm yol, həm də ətraf məhlə asfaltlanaraq sakinlərin rahat və təhlükəsiz hərəkəti üçün tam şərait yaradılıb. Görülən işlərdən məmnunluğunu ifadə edən sakinlər vətəndaşlara göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirirlər.

Mənbə: https://qafqazinfo.az/news/detail/beyleqanda-asfaltlanma-isleri-davam-etdirilir-fotolar-495342

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button