Beynəlxalq Axtarışda Olan şəxs Monteneqrodan Azərbaycana Ekstradisiya Olundu » DaylyAz
Kriminal

Beynəlxalq axtarışda olan şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olundu

Beynəlxalq axtarışda olan şəxs Monteneqrodan Azərbaycana ekstradisiya edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Ekstradisiya haqqında “13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşı Mənsimov Ramil Yaqub oğluun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Monteneqro Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.

Ramil Mənsimovun mənimsəmə cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa elan edilibdir.

R. Mənsimovun Azərbaycana gətirilməsi istiqamətində müvəffəq tədbirlər görülür.

Mənbə: https://qafqazinfo.az/news/detail/beynelxalq-axtarisda-olan-sexs-ekstradisiya-edildi-501069

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button