Beynəlxalq Federasiya Rəhbərləri Bakıda Avarçəkmə Məşqlərini Izlədi - Fotolar » DaylyAz
Idman Xəbərləri 206

Beynəlxalq federasiya rəhbərləri Bakıda avarçəkmə məşqlərini izlədi – Fotolar

Martın 11-də Beynəlxalq Kanoe Federasiyasının (İCF) prezidenti Tomas Konyetsko və Avropa Kanoe Assosiasiyasının (ECA) prezidenti Jan Zunqrana ölkəmizə səfər ediblər.

“Qafqazinfo” xəbər verir ki, səfər çərçivəsində beynəlxalq kanoe təşkilatlarının rəhbərləri Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasında olublar.

Qonaqlara federasiyanın inzibati binasındakı iş şəraiti ilə bağlı məlumat verilib.

Daha sonra Tomas Konyetsko və Jan Zunqrana yerli federasiyanın nümayəndə heyəti ilə birgə bulvar ərazisində fəaliyyət göstərən Bakı Avarçəkmə və Kanoe İdman klubuna baş çəkiblər. Bazadakı məşq şəraiti ilə tanış olan qonaqlar avarçəkənlərin Xəzər dənizindəki gündəlik məşqlərini izləyiblər.

Mənbə: https://qafqazinfo.az/news/detail/beynelxalq-federasiya-rehberleri-bakida-avarcekme-mesqlerini-izledi-fotolar-501877

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button