Kriminal
Bıçaqlanma hadisəsi Şirvanda baş verib

“Qafqazinfo” xəbər verir ki, Şirvanda bıçaqlanma hadisəsi şəhərin mərkəzindəki şadlıq saraylarından birinin önündə baş verib.
Belə ki, keçirilən toy mərasiminə qatılan rayon sakini, 36 yaşlı Mahir Ədilov bıçaqlanıb.
O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib və təcili əməliyyata götürülüb. Vəziyyətinin ağır olduğunu bildirirlər.
Hazırda ona xəsarət yetirən şəxsin saxlanılması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Mənbə: https://qafqazinfo.az/news/detail/toya-getmisdi-bicaqlandi-veziyyeti-agirdir-496579







