“Boşanmış qadın xına aparamaz” – qalmaqal düşdü

"Xına məclisini başıbütöv adam aparar: oğlu, qızı, həyat yoldaşı, nəvəsi olan. Xeyir-duanı kiçiyə böyük verər. Orada xoşbəxtlik olsun deyə bunu belə insan edər. İndi sözümdən inciyən varsa, öz işidir. Əvvəl evdə böyüyün sözü keçərdi. Böyük məclisə kimi çağırırdı, o, gəlirdi. Deyirdilər, məclisi sanballı, dünyagörmüş aparsın. İndi böyüklər qalıb kiçiklərin arasındadır. Boşanmış qadının xına aparması düzgün deyil. İstəyirsə, incisinlər, istəyirsə nə edir etsinlər. Mənim fikrim budur".
Proqrama zəng edən rəqqasə Fatinə Fətəliyeva musiqiçinin sözlərinə etiraz edib:
"Kim başıbütövdür bilmirəm. Heç kim nədənsə sığortalanmayıb. Bilmək olmaz ki, sabah kim başıbütöv, kim yarım olacaq. Gövhər Rzayeva ulu nənələrdən eşitdiyini deyir. İndi müasir zəmanədir. Qızlar elə şeylər istəyir ki… (Axşam.az)
Mənbə: https://news.milli.az/showbiz/1310396.html







