“Bu çətin Məqamda Azərbaycanla Tam Həmrəyik” » DaylyAz
Politika

“Bu çətin məqamda Azərbaycanla tam həmrəyik”

“Bu gün iki İran dronunun Naxçıvana zərbə endirməsi tamamilə qəbuledilməzdir”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld “X” hesabında etdiyi paylaşımda bildirib.

“Böyük Britaniya Azərbaycanın təhlükəsizliyini təhdid edən istənilən hərəkəti qətiyyətlə pisləyir. Bu çətin məqamda Azərbaycanla və zərər çəkənlərlə tam həmrəyik. Səfirlik baş verənləri yaxından izləyir”, – paylaşımda deyilir.

Mənbə: https://qafqazinfo.az/news/detail/bu-cetin-meqamda-azerbaycanla-tam-hemreyik-501186

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button