“Bu, Hər Kəsin Gözlədiyindən Daha Tez Baş Verdi” » DaylyAz
Aktual xəbərlər

“Bu, hər kəsin gözlədiyindən daha tez baş verdi”

“Demarkasiya üzrə komissiyalar öz işini davam etdirir”.

“Qafqazinfo” “News.am”a istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda təhlükəsizliyə dair forumda çıxış edərkən deyib. 

“Biz əvvəllər təsəvvür edə biləcəyimizdən daha sürətlə irəliləyirik. Çünki Vaşinqton Bəyannaməsində Ermənistan üçün regional kanalların açılmasını, o cümlədən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin təmin edilməsini qeyd edərkən, Ermənistanın dünya ilə dəmir yolu əlaqəsi əldə edəcəyini güman edirdik və bu, baş verdi. Düşünürəm ki, bu, Ermənistanın və beynəlxalq ictimaiyyətinin gözlədiyindən daha tez oldu”, – Paşinyan bildirib. 

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında ikitərəfli ticarət də hər kəsin gözlədiyindən daha tez reallığa çevrildi.

Mənbə: https://qafqazinfo.az/news/detail/bu-her-kesin-gozlediyinden-daha-tez-bas-verdi-495380

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button