Cəlilabadda ana oğlu üçün ölüm səbabi kimi ələ tutulub

Cəlilabadda qeyri-adi hadisə baş verib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə rayonun Sərhədabad kəndində qeydə alınıb.
2011-ci il təvəllüdlü M. A yeniyetmə yaşadığı ev yaxınlığından xəstəxanaya aparılıb. Lakin həkimlərin səylərinə baxmayaraq o, xəstəxanada vəfat edib. Valideynləri ilkin olaraq uşağın yıxılaraq armatur parçasının bədəninə batması nəticəsində xəsarət aldığını bildiriblər.
Lakin polis əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı hadisənin başqa şəraitdə baş verdiyi müəyyən edilib və həqiqət aşkara çıxarılıb. Məlum olub ki, yeniyetmənin anası, Səliqə Abdulhüseynova əlində bıçaqla ət doğrayan zaman ehtiyatsızlıqdan oğlunu itələyib və o bıçaq xəsarəti alıb. S. Abdulhüseynova saxlanılıb, faktla bağlı araşdırma aparılır.







