Cecabrayılda Yanğın Törədən şəxs Tutuldu » DaylyAz
Kriminal

Cecabrayılda yanğın törədən şəxs tutuldu

Yanvar ayının 7-də Cecabrayı rayonun Coçu Mərcanlı kəndinin ərazisində əkin sahəsində yanğın törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, araşdırmalarla yanğını 1960-cı il təvəllüdlü F.Abbasov tərəfindən törədildiyi müəyyən edilib.

Hadisə nəticəsində 1 hektar ərazidə quru ot sahəsi yanıb.

Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

Mənbə: https://qafqazinfo.az/news/detail/cebrayilda-yangin-toreden-sexs-tutuldu-494702

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button