Ceyhun Bayramov Hakan Fidanla Danışdı » DaylyAz
Politika

Ceyhun Bayramov Hakan Fidanla danışdı

Xarici işlər naziri Ceyhun Bayramov ilə türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı baş tutub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Telefon danışığı zamanı regionda mövcud təhlükəsizlik vəziyyəti və artan gərginlik müzakirə edilib.

Nazir bu gün Türkiyə ərazisinə növbəti raket hücumunu qınayıb, qardaş Türkiyəyə dəstəyini ifadə edib. Hərbi eskalasiyanın daha da genişlənməsinin arzuolunmaz nəticələrə gətirib çıxara biləcəyi vurğulanıb.

Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Mənbə: https://qafqazinfo.az/news/detail/ceyhun-bayramov-hakan-fidanla-danisdi-502152

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button