Çimayevin ölümü Haqda şayiələr Təkzib Edilib » DaylyAz
Idman Xəbərləri 206

Çimayevin ölümü haqda şayiələr təkzib edilib

UFC ulduzlarından Həmzət Çimayevin yol qəzasında həlak olması haqda yayılan məlumatlar təkzib edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

İdmançının vəziyyəti ilə yaxından tanış olan mənbələrin məlumatına görə, Çimayev hazırda Dubaydadır və səhhəti tam qaydasındadır. Çeçenistanın “Çeçenistan Seqodnya” dövlət agentliyi də döyüşçünün ölümü ilə bağlı iddiaların əsassız olduğunu təsdiqləyib.

Qeyd edək ki, sözügedən şayiələr Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adəm Kadırovun iştirakı ilə baş vermiş yol qəzasından sonra yaranıb.

Mənbə: https://qafqazinfo.az/news/detail/cimayev-de-kadirovun-oglu-ile-birge-qezaya-dusub-495700

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button