Kriminal
Dəm qazı vətəndaşa bir daha can aldı

Gədəbəy rayonunda qadın dəm qazından boğulub.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Zəhmətabad kəndində baş verib.
Kənd sakini 1972-ci il təvəllüdlü Rəxşəndə Xanlar qızı Rzayeva yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: https://qafqazinfo.az/news/detail/dem-qazi-daha-bir-can-aldi-495893







