Daxili İşlər Nazirliyinin Tədbirləri Davam Edir » DaylyAz
Kriminal

Daxili İşlər Nazirliyinin tədbirləri davam edir

Daxili İşlər Nazirliyinin işçiləri tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

“Qafqazinfo” xəbər verir ki, yanvarın 7-də polis işçiləri paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 15 avtomat silahını, 3 pulemyot, 5 tapança aşkar ediblər.

Əlavə olaraq 5 qumbara, 6 alışdırıcı, 39 tüfəng, 1 patron darağı və 5565 ədəd müxtəlif çaplı patron da aşkar edilərək götürülmüşdür.

Tədbirlər davam edir.

Mənbə: https://qafqazinfo.az/news/detail/polis-silah-sursat-askarladi-494699

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button