Şou Biznes Xəbərləri
Diddiylə bağlı qərar dəyişilib

Məşhur reper və prodüser Şon Kombs (P. Diddi) daha tez azadlığa çıxacaq.
Əvvəlcə onun azadlıq tarixi 4 iyun 2028-ci il göstərilirdi. Tarixin niyə dəyişdirildiyi açıqlanmır.
Qeyd edək ki, 2025-ci ilin iyul ayında Şon Kombs (P Diddy) narkotik təsiri altında şəxslərlə cinsi məqsədli əlaqələr üçün insanları ştatlararası sərhədlərdən keçirərkən törətdiyi qanunsuz hərəkətlərə görə təqsirli bilinmişdi. O, 4 il 2 ay həbs cəzasına məhkum edilmişdi.
Mənbə: https://news.milli.az/showbiz/1319330.html







