Dövlət Vergi Xidmətinin əməkdaşı 18 Kq Qızlla Tutuldu - Evindən Silah çıxdı » DaylyAz
Kriminal

Dövlət Vergi Xidmətinin əməkdaşı 18 kq qızlla tutuldu – Evindən silah çıxdı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı ərazimizə qaçaqmalçılıq yolu ilə 18 kiloqram qızıl-zinət əşyası keçirmişdir.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq İdarəsinə məlumat daxil olunub.

İstintaqla məlum olub ki, Dövlət Vergi Xidmətinin İstintaq idarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Orucov Fuad Tofiq oğlu hazırda məhkum edilmiş Məhhərrəmov Kamran İmran oğlu, Qurbanov Xəyyam Adil oğlu kimi şəxslərlə birgə cinayət əlaqəsinə girib.

Fuad Orucov və digərləri Türkiyədə yerləşən külli miqdarda qızıl-zinət əşyasını qaçaqmalçılıq yolu ilə ərazimizə gətirmişdir. Bu qızıl-zinət əşyasının ümumi dəyəri təxminən 1 milyon 700 min manatdır.

Prokurorluq tərəfindən aparılan istintaq vaxtı Fuad Orucovun yaşadığı evə baxış zamanı “Makarov” tipli tapançaya aid 39 ədəd patron da aşkar edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 206.3.2 və 206.3.3-cü maddələri ilə cinayət işi başlanılıb. Fuad Orucov barəsində Binəqədi Rayon Məhkəmə Sinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda qeyd olunan cinayətlərin törədilməsində başqa vəzifəli şəxslərin də hüquqi vəzifəsini pozulduğunu ehtimal etmək olar. Həmin vəzifəli şəxslərin müəyyən edilməsi istiqamətində istintaq tədbirləri davam edir.

Mənbə: https://qafqazinfo.az/news/detail/bu-nazirliyin-emekdasi-18-kq-qizilla-tutuldu-evinden-silah-cixdi-497198

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button