Dubay Və Əbu-Dabidə Qalmış 195 Vətəndaşımız Təxliyə Edilir » DaylyAz
Aktual xəbərlər

Dubay və Əbu-Dabidə qalmış 195 vətəndaşımız təxliyə edilir

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Yaxın Şərqdə müharibə vəziyyəti ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi və Dubay şəhərlərində qalmış vətəndaşlarımızın Azərbaycana növbəti təxliyəsi həyata keçirilib.

XİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, son bir neçə gün ərzində Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyimizin və Dubay şəhərindəki Baş konsulluğumuzun müvafiq səyləri nəticəsində ölkəmizə geri qayıtmaq niyyətində olan vətəndaşlarımızın siyahıya alınması həyata keçirilib.

“Daha sonra vətəndaşlarımız diplomatik nümayəndəliklərimiz tərəfindən ayrılmış xüsusi avtobuslarla Omandakı səfirliyimizin də əlaqələndirməsi ilə Oman hava limanına aparılıb və Azərbaycan Hava Yollarının xüsusi təyyarə reysi ilə Azərbaycana yola salınıb.

Qeyd edilən reyslə 195 nəfər Azərbaycan vətəndaşı, 1 nəfər Türkiyə vətəndaşı və 2 nəfər Azərbaycanda yaşayış icazəsi olan xarici ölkə vətəndaşları ölkəmizə geri qayıdır.

Regiondakı vəziyyət tərəfimizdən diqqətlə izlənməkdədir və vətəndaşlarımızın təhlükəsizliyi prioritet istiqamətlərdəndir”, – məlumatda qeyd olunub.

Mənbə: https://qafqazinfo.az/news/detail/dubay-ve-ebu-dabide-qalmis-195-vetendasimiz-texliye-edilir-501661

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button