Idman Xəbərləri 206
Dünənki azarkeş sayı rekord qırdı – Fotolar

Misli Premyer Liqasının 22-ci turunda bu mövsümün yeni azarkeş rekordu qeydə alınıb.
“Qafqazinfo” PFL-ə istinadən xəbər verir ki, bu, ötən gün baş tutan “Qarabağ” – “Sabah” matçında baş verib.
Həmin oyunu stadionda 10361 tamaşaçı izləyib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən gərgin və maraqlı qarşılaşma 3:3 hesabı ilə başa çatıb.
Xatırladaq ki, buna qədər mövsümün rekordu 12-ci turda – “Sumqayıt” – “Qarabağ” (2:4) matçında qeydə alınmışdı. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüşü 9100 azarkeş tribunalardan izləmişdi.




Mənbə: https://qafqazinfo.az/news/detail/dunenki-azarkes-sayi-rekord-qirdi-fotolar-500704








