Elşad Miraləmə Yeni Vəzifə Verildi » DaylyAz
Politika

Elşad Miraləmə yeni vəzifə verildi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparatına yeni rəhbər təyinatı olub.

“Qafqazinfo” Modern.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Elşad Mircavad oğlu Miraləm təyin edilib.

İxtisasca jurnalist olan Elşad Miraləm 2005–2018-ci illərdə Diasporla İş üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə çalışıb. 2024-cü ildən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində fəaliyyətə başlayan E.Miraləm sədrin köməkçisi, Aparat rəhbərinin müavini vəzifələrini tutub.

Məlumat üçün bildirək ki, Aparatın keçmiş rəhbəri Nəriman Qurbanov 24 oktyabr 2025-ci il tarixində vəfat etdiyindən bu vəzifəyə yeni təyinat gözlənilirdi.

Mənbə: https://qafqazinfo.az/news/detail/elsad-miraleme-yeni-vezife-verildi-494950

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button