Eməkdar Artist: "Elə Həyat Yaşayıb Gündə Döyülməliyəm?" » DaylyAz
Şou Biznes Xəbərləri

Eməkdar artist: “Elə həyat yaşayıb gündə döyülməliyəm?”

Eməkdar artist Elnarə Abdullayeva maraqlı açıqlamalar verib.

"Kimsə sevib ailə qurursa, buna pis baxmıram. Bu hissi yaşamadığıma görə deyə bilmərəm ki, sən niyə belə etdin. Deyirlər, sevgi olmasa, övlad necə əmələ gəlir? Mən ailə qurub yaşamışam, övladlarım var. Ailə sevgisidir, yaşayırsan. Həyat təcrübəmdən gördüm ki, kim kimi sevirdisə, dərdindən ölürdüsə, onlar ailə qurandan sonra bir-biriləri ilə dava edirdilər. Bir-birilərini qısqanırdılar. Deyirdim ki, vay, sevgi budur? Belə sevgi olar? İnsan bir-birini bu qədər qısqanar? Necə birgə yaşayırlar? Bunların hamısı bir dərsdir. Allah insanı ali yaradıb. Göz verib görmək, ağıl verib başa düşmək üçün. Bizim heyvandan fərqimiz anlamağımızdır. Mən anladığım halda gərək onun yaşadığı həyatı yaşayım? Bir-birilərindən ötrü ölürlər, amma savaşırlar. Niyə elə həyat yaşayıb gündə döyülməliyəm? Sevgi budur? Belə sevgi olar?"

Mənbə: https://news.milli.az/showbiz/1319797.html

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button