Əslində, Buraya əlimizdən Gələni Etməyə Gəlmişdik » DaylyAz
Idman Xəbərləri 206

Əslində, buraya əlimizdən gələni etməyə gəlmişdik

“Qeydə alınan nəticə çox üzücüdür. Əslində, buraya əlimizdən gələni etməyə, müsbət nəticə qazanmağa gəlmişdik.”

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Kevin Medina Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu – 8-ci turunda “Liverpul”la görüşdən (0:6) sonra “İctimai” TV-yə açıqlamasında deyib.

“Təəssüf ki, artıq nəticə qeydə alınıb və ediləcək bir şey yoxdur. Ümumilikdə isə bu mərhələdə layiqli komandalarla qarışdıq. Bütün komandalar pley-off üçün mübarizə aparırdılar. Şükürlüər olsun ki, uğurlu oyunlarımız da oldu. Yetərli qədər xal topladıq, tarixi nəticə əldə etdik və pley-off-a vəsiqə qazandıq”, – o qeyd edib.

K.Medina isə püşkatmadan da danışıb:

“Həm “Nyukasl”, həm də PSJ çox yüksək səviyyəli komandalardır. Futbol tarixində özlərinə məxsus dəst-xətləri var. Rəqibimiz bəlli olduqdan sonra fikir söyləmək olar”

O, Çempionlar Liqasının Liqa mərhələsində keçirdikləri oyunlardan da danışıb:

“Dünyada elə futbolçu yoxdur ki, bu möhtəşəm turnirdə iştirakı arzulamasın. Bizim də arzumuz möhtəşəm “Qarabağ” komandası ilə Çempionlar Liqasında iştirak edmək idi. Mən bütün oyunlarımızdan zövq aldım. Bütün matçları yüksək səviyyədə keçirməyə çalışdım.”

Mənbə: https://qafqazinfo.az/news/detail/oyunlarimizdan-zovq-aldim-video-497040

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button