“Evə qayıtmayan qoca ər, bu mənim günahım deyil”

Müğənni Qumral Musayeva qalmaqallı açıqlamaları ilə diqət mərkəzinə düşüb.
"Hamı əvvəl özünü, ailəsinə baxsın, sonra kimisə qınayıb pis sözlər yazsın. Evdə ərindən gün görməyən xanımlar aqrressiyanını mənə tökməyin. Ərləriniz evə gəlmirsə, bu mənim günahım deyil".
Müğənni açıqlamasında özünü həm səhnədə, həm də həyatda fərqli qadın kimi dəyərləndirib və evdar qadınlarla bağlı da tənqidi fikirlər səsləndirib:
"İndiki zamanda mənim kimi xanımlar barmaqla sayılacaq qədər azdır. Elə evdar xanımlar var ki, işləmirlər, evdədirlər, amma evlərinə gedəndə qab-qacaq çirkli qalır, yemək olmur, uşaqlarına baxmır. Bəziləri günün böyük hissəsini telefonda keçirir, amma uşaqlarının günortadan artıq nə yediyini, meyvə yeyib-yemədiyini belə bilmirlər".
Qumral Musayevanın bu sözləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzleyicilərin bir qismi onun fikirlərini dəstəkləsə də, digərləri açıqlamalarını sərt və ümumiləşdirilmiş hesab edərək tənqid ediblər.
Mənbə: https://news.milli.az/showbiz/1311525.html







