"Evdə Iş Görməyib, Uşağa Baxmayıb, Indi Ayılıb Ki, Müğənni Olsun..." » DaylyAz
Şou Biznes Xəbərləri

“Evdə iş görməyib, uşağa baxmayıb, indi ayılıb ki, müğənni olsun…”

Müğənni Rasimə Seyidcahan “Öz aramızda” verilişində bu dəfə əməkdar artist Kübra Əliyevanı tənqid edib.

Rasimə Seyidcahan məsələ ilə bağlı aparıcı Elgiz Əkbərin verilişində fikirini açıq şəkildə bildirib və ifaçıdan canlı olaraq bir neçə sətir oxumasını istəyib. Onun sözlərinə görə, bu çıxışdan sonra Kübra Əliyeva ona etiraz edib və Canan müdafiə etməyə çalışıb.

Müğənni aktrisanın mövqeyini anlamadığını deyərək, “Sənəti olmayan ifaçını müdafiə etməkdə məqsədin nədir? ” sualını səsləndirib. O, həmçinin vurğulayıb ki, münsif kimi ixtisasına uyğun şəkildə fikrini bildirmək hüququ var.

“Canana adlı bir qız var, Mətanət İsgəndərlinin keçmiş gəlini. Onu Türkiyədə keçirilən mükafat mərasiminə kim aparıb Azərbaycan müğənnisi kimi təqdim edir? Bu, mədəniyyətimizə, ölkəmizə qarşı hörmətsizlik deyilmi? Zorla müğənni olmaq istəyir. Onun eşitmə və ritm qabiliyyəti yoxdur, müğənniliklə yaxından-uzaqdan əlaqəsi yoxdur.”

Elgiz bəyin verilişində dedim ki, bir kəlmə oxu. Onu böyük əsər oxumasını istəmədim. Bunu deyən kimi Kübra Əliyeva üstümə düşdü. Onu müdafiə etməkdə məqsədin nədir? Sənəti olmayan ifaçını niyə müdafiə edirsən? Deyir ki, Elza xanım seçiləndə əl çalmışam. Qaldım Cananaya qulaq asım, sonra həmin aktrisaya cavab verdim.

Sonra qız gəlib deyir ki, verilişə kinoya çəkilmək istəyirəm. Mən də münsif kimi ixtisasıma uyğun fikrimi bildirdim. Mənə deyir ki, ona söz demə, o ayaqları üstündə durmağa çalışır. Evdə əl yağda-balda iş görməyib, uşağa baxmayıb, indi ayılıb ki, sən demə oxuya bilir.”

Rasimənin bu açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Mənbə: https://news.milli.az/showbiz/1316237.html

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button