Evlərdən Silsilə Oğurluq Edən şəxs Tutuldu - Üzərindən Psixotrop Maddə çıxdı » DaylyAz
Kriminal

Evlərdən silsilə oğurluq edən şəxs tutuldu – Üzərindən psixotrop maddə çıxdı

Paytaxtın Xətai rayonunda evlərdən silsilə oğurluqlar edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, zərərçəkənlər polisə müraciət edərək evlərindən məişət əşyalarının talandığını bildiriblər.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş B.Bayramov saxlanılıb.

Ondan həmçinin psixotrop maddə olan metamfetamin də aşkarlanıb.

Araşdırmalar davam etdirilir.

Mənbə: https://qafqazinfo.az/news/detail/evlerden-silsile-ogurluq-eden-sexs-tutuldu-uzerinden-psixotrop-madde-cixdi-495820

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button